Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eks “Mançester Yunayted”lidən kədərli etiraf

Eks “Mançester Yunayted”lidən kədərli etiraf

Tarix: 19 Fevral 2021 18:56

"Mançester Yunayted"in sabiq futbolçu Revel Morrisson etiraf edib ki, Ueyn Runi və Rio Ferdinandın butslarını oğurlayıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, məcburiyyətdən bu addımı atdığını söyləyib: "Maaşım az idi və mən onların bustlarını oğurlayıb 250 funta satmışdım ki, evimizə yemək aparım. O vaxt bunu problem kimi görmürdüm. İndi isə fərqli düşünürəm".

Qeyd edək ki, "MY"nin yetirməsi olan Morrisson 2010-12-ci illərdə əsas komandanın futbolçusu olub. O vaxt komandanın baş məşqçisi olan Aleks Fergüson yarımmüdafiəçi Morrissonu gələcəyin böyük istedadlarından adlandırıb. O, daha sonra Uels,  İtaliya, Meksika, İsveç və Niderland liqalarında oynayıb, İngiltərənin U-21 millisinə cəlb edilib.

Hazırda isə 28 yaşlı Morrisson heç bir klubda oynamır və azad agentdir.


Etiketlər:  Mançester Yunaytedlidən kədərli etiraf


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ