Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2021 07:33
İtburnu yağı təbii bitki yağlarının şahı sayılır. O iltihab əleyhinə təsirə malikdir, antimikrob təsir göstərir, bərpaedici xüsusiyyətə sahibdir. İtburnu yağı yarasağaldıcı və yumşaldıcı xüsusiyyətə malikdir. Onun tərkibində çoxlu vitaminlər var. Tərkibində olan bioloji aktiv maddələr sayəsində itburnu yağı bir çox xəstəliklərin müalicəsində əvəzsiz dərman vasitəsidir.
İtburnu dəmləməsi boğazda və udlaqda olan iltihabi xəstəliklərin müalicəsində geniş istifadə edilir.
Qara ciyər və öd kisəsi xəstəliklərində ödqovucu kimi istifadə edilir.
Qastrit və on iki barmaq bağırsaq yarasında, yaralı kolitin müalicəsində itburnu yağının tayı bərabəri yoxdur.
İtburnu soyuqdəymə zamanı qızdırmasalıcı təsirə malikdir.
İtburnu yağı ilə yanıq yaralarından qalan xırda çapıqları gündə 2 dəfə massaj edərək 5-6 aya aradan qaldırmaq olur.
Gündə 1 dəfə qəbul edilən qidaya 30 ml itburnu yağı qatılarsa nevrozdan xilas olmaq olar.
İtburnu yağından kosmetalogiya sahəsində də geniş istifadə edilir. Tərkibindəki mikroelementlər sayəsində itburnu yağı dərini cavanlaşdırır, elastikliyini artırır, dərinin regenerasiyasını sürətləndirir. Əl və üz kremlərinin içərisinə bir neçə damcı itburnu yağı qatılarsa krem daha da keyfiyyətli olur. İtburnu yağı şampunun içərisinə qatılıb işlənərsə, saçlar daha canlı və parlaq olur.