Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2021 21:12
İnsanların əksəriyyəti gözaltı qaralmalara yalnız kosmetik defekt kimi baxır.
Bəli, əksər hallarda bu simptomun səbəbi yuxusuzluq, ziyanlı vərdişlər, streslər, səhv qidalanma, göz yorğunluğu (məsələn, uzun müddət ərzində kompüterdə işləyəndə) və s. olur. Lakin bəzən bu simptom ciddi pozulmalara da işarə edə bilər.
- Əgər qaralma axşama doğru artırsa, bu ürək və qan dövranı ilə bağlı olan problemlərin əlaməti ola bilər.
- Böyrəklərin də fəaliyyətində pozulmlar göz altında tünd ləkələrin yaranmasına səbəb olur.
- Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, şəkərli diabet, qanazlığı, mədə-bağırsaq sistemi xəstəlikləri, allergiyalar, qurd xəstəlikləri, intoksikasiyalar, oftalmoloji problemlər də gözaltı qaralmalara səbəb olur.
Beləliklə, gözaltı qaralmaların səbəbləri çoxdur və onların arasında ciddi xəstəlik və pozulmalar ola bilər. İlk növbədə terapevtin müayinəsindən keçin. Lazım olduğu halda terapevt sizi digər mütəxəssislərin müayinəsinə göndərə bilər. Lakin hər hansı pozulma aşkar olunmazsa, yuxu rejimi və qidalanmanıza fikir verin, ziyanlı vərdişlərdən imtina edin, dermatoloq və kosmetoloqla məsləhətləşin.