Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2021 23:06
Cənubi Koreya alimləri sübut edirlər ki, acı bibərin (çili) istehlakı ürək-damar sistemi xəstəliklərinin riskini xeyli azaldır. Saglamolun.az bildirir ki, araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.
Araşdırmada iştirak edən könüllülər 4-12 həftə ərzində çili bibərini istehlak edirdilər. Analizlər göstərib ki, araşdırmanın iştirakçılarında xolesterinin və şəkərin səviyyəsi aşağı düşüb və həmçinin iltihabın səviyyəsi azalıb. Bundan əlavə çili bibərinin istehlakı ürək xəstəliklərinin səbəblərindən biri olan metabolik sindromunun inkişafından qoruyur.
Beləliklə, çili bibərini qidalanmaya daxil etməklə ürək-damar sistemi xəstəliklərinin riskini azaltmaq olar.
Alimlər qeyd edirlər ki, bəzi mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, xora və s.), qaraciyər, böyrək xəstəlikləri olanlara çili bibərinin istehlakı ziyan vura bilər. Lakin sağlam insanlarda da acı bibərdən sui-istifadə yolverilməzdir.