Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2019 15:52
İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Andres İnyesta La Liqanın səfiri təyin edilib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu münasibətlə ona adının və La Liqanın yazıldığı 8 nömrəli forma təqdim olunub. Təqdimetmə mərasimində La Liqanın prezidenti Xavter Teba da iştirak edib.
Qeyd edək ki, hazırda Yaponiyanın "Vissel Kobe" klubunda oynayan İnyesta 2002-2018-ci illərdə "Barselona"da oynayıb. O, Kataloniya təmsilçisində 8 nömrəli forma geyinib.