Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaqatalada avtomobil 3 piyadanı vurub

Zaqatalada avtomobil 3 piyadanı vurub

Tarix: 21 Fevral 2021 19:16

Zaqatalada üç piyadanı minik avtomobili vurub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunda baş verib.

Şəki rayon sakini, 1997-ci il təvəlldlü Murad Vüqar oğlu İsayev, Zaqatala rayonu Yeni Suvagil kənd sakinləri 2001-ci il təvəllüdlü Turan Murad oğlu Musayev və 1996-cı il təvəllüdlü Nail Kənan oğlu Eyvazov minik avtomobili tərəfindən vurulub. Qəza zamanı xəsarət alan  piyadalar  Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Piyadaların vəziyyətlərinin orta-ağır olduğu və müalicələrinin xəstəxanada davam etdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Zaqatalada avtomobil piyadanı vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ