Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2021 11:40
Müğənni Elton Hüseynəliyev xanımı Tamilla Hüseynovaya xəyanət etdiyini etiraf edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi bu barədə "ATV maqazin onlarla" proqramına açıqlamasında bildirib.
Elton qeyd edib ki, səhv addımına rəğmən xanımı onu bağışlayıb: "Mən yaxşı ata və həyat yoldaşıyam. İstəyirəm ki, hər şey əla olsun. Ailəmə, övladlarıma çox vaxt ayırmamışam, amma bundan sonra başqa cür olacaq. Böyük bir səhv etdim, 1 il ailəmdən uzaqlaşdım. "Kaş ki" dediyim məqamdır. Kaş ki etməzdim. Düzəltmək üçün gərək onları sevindirəsən. Ailəmlə indi xoşbəxtəm. İndi hər şeyi tam dərk edirəm.
Mənim səhvlərimi başa düşməyimə həyat yoldaşım kömək etdi. Əgər belə olmasaydı, o səhv başqa səhvlərə gətirib çıxarardı. Ona görə deyirlər ki, hər bir uğurlu kişinin arxasında onun xanımı dayanır. Öz həyat yoldaşım Tamillaya təşəkkür edirəm. O, mənə görə çox cəfa çəkib.
Ailədə xəyanəti bağışlamaq olmaz. Həm kişinin, həm də qadının xəyanəti bağışlanılmazdır. Amma xanımım məni bağışladı. Doğmalıq elə bir nemətdir ki, Allah insanı bağışlayırsa, deməli, doğması da onu bağışlayar... Yetər ki, həmin insan etdiyi səhvindən dönə bilsin. Allah bu cür insanları bağışlasın".
Qeyd edək ki, Elton Tamilla ilə 2006-cı ildə ailə qurub. Cütlüyün bu nikahdan iki qız övladı var.