Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2021 12:30
Bir neçə gün əvvəl, qondarma Dağlıq Qarabağ rejimi "rəsmilərinin" 9 bahalı avtomobilinin hərraca çıxarılması ilə bağlı məlumat yayılıb.
Sonxeber.net qazet.az-a istinadən xəbər verir ki, avtomobillərdən beşi "TOYOTA LC 150", dördü isə "TOYOTA LAND CRUISER 200" markalı avtomobillərdir.
Qondarma "DQR"in "aparat rəhbəri" Artak Beqlaryan öz "Facebook" səhifəsində paylaşım edərək həmin avtomobillərin Arayik Arutyunyan və "parlamentin", "baş prokurorluğun", "daxili işlər nazirliyinin" və bir neçə başqa idarənin işçilərinə məxsus olduğunu bildirib.