Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2021 19:26
Türkiyəli alpinistlər 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində şəhid olan 613 Azərbaycan vətəndaşını Naxçıvanın Haça dağının zirvəsində anıblar.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, anma mərasimi Zirvə Alpinizm və Açıq İdman Klubunun, həmçinin Azərbaycan Dili, Tarixi və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi, Azərbaycan Qars Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub.
Bu çərçivədə Türkiyənin müxtəlif bölgələrindən 15 alpinist İğdıra toplaşaraq Naxçıvana gediblər.
Bölgənin ən çətin dağlarından biri olan Naxçıvandakı Haça dağına qalxan alpinistlər zirvəyə "Xocalı şəhidlərini rəhmətlə, minnətdarlıqla və hörmətlə anırıq" yazılı lövhələrlə Türkiyə və Azərbaycan bayraqları sancıblar.
Artıq altı ildir bu mərasimin ənənəyə çevrildiyini bildirən klub başçısı Orxan Kozan Azərbaycanın qələbəsinin türkləri bölmək istəyənlərə tutarlı cavab olduğunu qeyd edib.