Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 17:12
Bu gün Ankaranın Kızılcahamam rayonunda yerləşən "Xocalı Abidəsi və Xocalı Muzeyi" kompleksində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Kızılcahamam bələdiyyə sədri Süleyman Acar, Türkiyə parlamentinin deputatları Emrullah İşler və Nevzat Ceylan Xocalı soyqırımı ilə bağlı çıxış ediblər.
Bildirilib ki, Azərbaycanın qətiyyətli mübarizəsi, Türkiyə-Azərbaycan qardaşlığı 30 illik erməni işğalına son qoyub, Xocalıda qətlə yetirilən günahsız insanların qisası alınıb.
Tədbirdə Kızılcahamam sakinləri də iştirak ediblər.