Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 23:02
İtaliyanın "Atalanta" futbol klubunun gənclərdən ibarət kollektivinin üzvü Villi Brasiano Ta Bi vəfat edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, 21 yaşlı yarımmüdafəçi qaraciyər xərçəngindən dünyasını dəyişib.
Məlumatda bildirilib ki, oyunçu xeyli müddət xəstəliklə mübarizə aparıb. Ömrünün son aylarını isə vətəni Fil Dişi Sahilində keçirib.
Klubun "Twitter" səhifəsində futbolçunun ailəsi və yaxınlarına baş sağlığı verilib.
Qeyd edək ki, Ta Bi "Atalanta"nın heyətində 19 yaşadək futbolçular arasında İtaliya çempionu olub.