Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yardımlıda qazi intihar etdi

Yardımlıda qazi intihar etdi

Tarix: 24 Fevral 2021 00:32

Yardımlıda Vətən müharibəsi qazisi intihar edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Elşad Paşasoy məlumat paylaşıb.

Məlumata görə, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev bağda özünü asıb. Fəridin hansı səbəbdən intihar etdiyi bəlli olmasa da, Paşasoyun sözlərinə görə, o, gecə-gündüz dəhşətli döyüş səhnələrindən danışırmış.

"Bəlkə də bir neçə saatlıq psixoloji məsləhətlər onu fikrindən daşındırardı", - deyə jurnalist qeyd edib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Yardımlıda qazi intihar etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ