Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Piyadalar yolda qalıb - FOTO

Piyadalar yolda qalıb - FOTO

Tarix: 24 Fevral 2021 10:22

Məlum olduğu kimi, Bakıda dünən axşamdan başlayan qarlı-çovğunlu hava şəraiti bu gün səhər saatlarından etibarən davam edir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, faktiki hava insanların işə getməsində maneələr yaradıb. Belə ki, yolların qarlı-buzlu olmasıyla əlaqədar avtobusların hərəkətində ciddi intervallar yaranıb. Sərnişinlər avtobus dayanacaqlarında uzun müddət gözləməli olublar. Həmçinin taksilər də yollardakı vəziyyətə görə işə çıxmayıb, çıxanlar isə gediş haqqını artırıb. Bu səbəbdən də işə getməli olan insanların bəzisi evlərinə qayıtmalı olublar. 

Bakı Nəqliyyat Agentliyinin də yaydığı rəsmi məlumatda bildirilir ki, dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.  


Etiketlər:  Piyadalar yolda qalıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ