Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xudatda idarəetmədən çıxan avtomobil qaz şəbəkəsinə ziyan vurub

Xudatda idarəetmədən çıxan avtomobil qaz şəbəkəsinə ziyan vurub

Tarix: 24 Fevral 2021 10:54

Xaçmaz rayonu, Xudat şəhəri ərazisində qarlı hava şəraitində idarəetmədən çıxan avtomobil qaz şəbəkəsinə ziyan vurub.

"Azəriqaz" İstehsalat Birliyindən Sonxeber.net-a verilən məlumata görə, 3 kənddə xidmət göstərən diametri 57 mm olan qaz xəttini minik avtomobili zədələyib. Mindən çox abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Məlumata görə, Xaçmaz Regional qaz istismarı İdarəsinin əməkdaşları təcili tədbirlər görür ki, qazın verilişi tez bir zamanda təmin edilsin.


Etiketlər:  Xudatda idarəetmədən çıxan avtomobil şəbəkəsinə ziyan vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ