Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2021 08:24
ABŞ-da üç nəfəri öldürməkdə ittiham olunan Oklahoma ştatının sakini Lourens Pol Anderson qonşusunu ödürdüyünü və onun ürəyini çıxararaq bişirdiyini etiraf edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə "Oklahoman" qəzeti ştatın istintaq bürosuna istinadən məlumat yayıb.
Anderson qonşu qadını onun evində öldürməkdə, eləcə də yaxın qohumu olan bir kişinin və 4 yaşlı uşağın qətlində təqsirli bilinir. O, həmçinin yaxın qohumu olan bir qadına da bıçaqla xəsarət yetirib.
"O, şeytanı qovmaq üçün qonşuluqda yaşayan qadının ürəyini çıxararaq onu ailəsi üçün kartofla bişirib", - deyə qəzet büronun əməkdaşına istinadla yazıb.
Qəzet eyni zamanda yazır ki, şərti məhkum olan Lourens 2017-ci ildə narkotik maddə istifadəsi və silah daşımaqda ittiham olunaraq 20 il həbs cəzasına məhkum edilib. Bu müddət sonradan 9 ilə endirilib, ancaq Lourens 3 illik həbs həyatından sonra azadlığa çıxıb.