Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2021 12:34
Dağlıq Qarabağda xidmət edən erməni əsgərlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısına toplaşıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, əsgərlərin valideynləri məzuniyyətdə olan övladlarının xidmət üçün Qarabağa qaytarılmamasını tələb edir.
Bəzi valideynlər isə Dağlıq Qarabağda xidmətdə olan övladlarının Ermənistana qaytarılmasını istəyirlər.
"Oğlumun Qarabağda xidmət etməsini istəmirəm, xidmət üçün Ermənistan daxilində istənilən yerə göndərsinlər, ancaq Qarabağa göndərməsinlər. Uşaqlarımızı zorla maşına mindirib aparırlar", - əsgər valideynlərindən biri deyib.
Xatırladaq ki, fevralın 24-də Ermənistan Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti hərbi hissələrdən birində əsgərlərin məzuniyyətdən qayıtmamağa cəhd etdikləri barədə məlumat yayıb.
Qeyd olunub ki, bir qrup əsgər və onların qohumları hərbçilərin daimi dislokasiya məntəqələrinə qayıtmasının qarşısını almağa çalışıb, nəticədə hərbi hissənin ərazisində iğtişaş baş verib, vəziyyətdən istifadə edən bir neçə əsgər hərbi hissəni icazəsiz tərk edib.