Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alimlər “COVID-19” infeksiyasının telefonla diaqnostikası üçün proqram hazırlayıblar

Alimlər “COVID-19” infeksiyasının telefonla diaqnostikası üçün proqram hazırlayıblar

Tarix: 25 Fevral 2021 22:20

Avstriyalı alimlər tərəfindən hazırlanmış kompüter proqramı istifadəçinin təsvir etdiyi simptomlara görə "COVID-19" və başqa xəstəliklərə diaqnoz qoya bilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni proqramın yaradıcıları "Nature" jurnalında dərc edilmiş məqalədə koronavirus pandemiyası fonunda "qaynar xətt"ə müraciətin həddindən çox olmasını bildiriblər. Onlar tərəfindən hazırlanmış "Simptom" adlı səs assistenti xəstənin səs yazısını 36 dildə başa düşür və 20 mindən çox xəstəliyə diaqnoz qoya bilir.

Tərtibatçıların iddiasına görə, çat-botun koronavirus infeksiyasını aşkar etmək dəqiqliyi 96%-dən yüksəkdir. Süni intellekt koronavirus infeksiyasının əlamətlərini quru öskürək, qızdırma və ya "COVID-19" daşıyıcısı ilə təmasla bağlı şikayətlərə görə qiymətləndirir.

Milli.Az


Etiketlər:  Alimlər COVID 19 infeksiyasının telefonla diaqnostikası üçün proqram hazırlayıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ