Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağın minalanmış əraziləri - VİDEO

Qarabağın minalanmış əraziləri - VİDEO

Tarix: 26 Fevral 2021 13:06

Rusiya KİV: Ermənistan əbəs yerə yüz milyonlarla dollar xərcləyib

Milli.Az Real TV-yə istinadən bildirir ki, Qarabağ müharibəsinin başa çatmasından artıq 4 aya yaxındır ki, vaxt keçib. Müharibə zamanı Azərbaycan silahlı qüvvələrinin hücumlarını dayandırmaq iqtidarında olmayan Ermənistan ağır şərtlər altında atəşkəs bəyannaməsi imzalamağa məcbur oldu. Həmin vaxtdan etibarən regionda atəşkəs rejimi hökm sürür.

Lakin silahların sussa da, münaqişə zonasında hərbçilərin və mülki şəxlərin ölüm halları davam edir.

Buna səbəb isə Qarabağın, demək olar ki, hər tərəfində minalanmış ərazilərin olmasıdır.

Atəşkəs bəyanatından sonra minaya düşərək ölən insanların sayı artıq 50-ə çatıb. Onların arasında rusiyalı sülhməramlı hərbçi də var.

İndi praktiki olaraq Qarabağın bütün bölgəsində minadan təmizləmə işləri gedir. Prosesə Azərbaycan hərbçiləri ilə yanaşı, Rusiya və türkiyəli istehkamçılar da cəlb edilib.

Azərbaycanın nəzarəti altına keçən ərazilərdə minalama işləri hələ birinci Qarabağ müharibəsi dövründən aparılıb.

Minadan təmizlənmə uzunmüddətli və resurs tələb edən bir prosesdir. Atəşkəsdən sonra bu istiqamətdə görülən işlər nəticəsində 27 kvadrat kilometr ərazi minadan təmizlənib. Bu ərazilərdə 40 min ədəd partlamamış mina tapılıb. Həmin sursatın ümumi dəyəri 3 milyon dollara çatır.

Ekspertlər Qarabağda mövcud mina sayının 4.5 milyona yaxın olduğunu ehtimal edir. Bu həcmdə sursatın ümumi dəyəri isə, təxminən, 340 milyon dollardır.

Məlum olur ki, Ermənistan işğal illər ərzində Azərbaycan torpaqlarının minalanması fəaliyyətinə 2020-ci il hərbi büdcəsinin 50 faizini xərcləyib. Lakin ötənilki müharibə bu xərclərin mənasız olduğunu göstərdi.

Ermənistanın minalama prosesinə sərf etdiyi həddən artıq enerjisi belə ona müharibədə mütləq hava hakimiyyətinə malik olan Azərbaycan ordusu qarşısında işğal etdiyi ərazilərə nəzarəti əldə saxlamağa imkan vermədi.

Milli.Az


Etiketlər:  Qarabağın minalanmış əraziləri VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ