Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2021 11:06
Çexiya martın 1-dən etibarən ölkədə koronavirusa qarşı karantin rejimini sərtləşdirəcək.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.
Bildirilir ki, vətəndaşların həkim və ya işə getmələri istisna olmaqla üç həftə ərzində öz məhəllələrindən çıxması qadağan olunacaq.
Səlahiyyətlilər fəaliyyətinə davam etməyə icazə verilən iri mağazaların siyahısını da azaldıb. Belə ki, ofis ləvazimatları və uşaq geyimləri olan satış yerləri bağlanacaq. Məktəbəqədər təhsil müəssisələri də fəaliyyətini dayandıracaq və şagirdlər onlayn təhsilə keçəcəklər.
Qeyd edək ki, bundan əvvəl Çexiyanın Baş naziri Andrey Babiş yeni bir koronavirus növü ilə vəziyyətin pisləşməsi fonunda ölkə daxilində vətəndaşların hərəkətini məhdudlaşdırmağa çağırmışdı. Baş nazir vətəndaşların hərəkətinin mümkün qədər məhdudlaşdırılması üçün ölkənin yeni bir fövqəladə rejimə ehtiyac olduğunu demişdi.