Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2021 15:40
ABŞ-da partlayış nəticəsində 3 polis əməkdaşı yaralanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Kanzas ştatının Uiçito şəhər polis idarəsinin "Tvitter" səhifəsində məlumat yerləşdirilib.
Hadisə polis əməkdaşları şəhərdə yaşayış olmayan bir evə daxil olan zaman baş verib. Naməlum partlayıcı qurğunun işə düşməsi nəticəsində iki polis əməkdaşı yüngül, bir polis əməkdaşı ağır yaralanıb.
Hadisə yerinə ekspertlər cəlb edilib.