Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bacısının sevgilisini öldürüb,cəsədini betonladı - FOTO

Bacısının sevgilisini öldürüb,cəsədini betonladı -  FOTO

Tarix: 1 Mart 2021 15:18

Türkiyənin Adana şəhərində dəhşətli cinayət hadisəsi baş verib.

Milli.Az unikal-a istinadla xəbər verir ki,  27 yaşlı gənc bacısının sevgilisi - Oğuzxan Əkinçiyə xəbərdarlıq edərək ayrılmasını tələb edib.  Lakin bacısı ilə  yenidən görüşməyə davam edən Oğuzxanın sonu ölümlə bitib.

Belə ki,  27 yaşlı gənc Oğuzxanı tərk edilmiş  bir əraziyə çağırıb. Qardaş görüş yerinə gələn 29 yaşlı Oğuzxanı işgəncə ilə qətlə yetirib. Daha sonra cinayətkar şəxs izi itirmək üçün cəsədi basdıraraq üstünü betonlayıb.  Sevgilisinin qardaşı tərəfindən öldürülməsindən xəbərdar olan qız  intihar edib. Lakin  qardaşı onu tez zamanda xəstəxanaya aparaq xilas edib. 

Oğuzxanın anası isə polisə oğlunun itkin düşmə xəbərini verib. Bundan sonra polislər 29 yaşlı Oğuzxanın axtarışına başlayıblar. Onun sonuncu danışıqlarını izinə düşərək sevgilisini tapıblar. Gənc qızın bir müddət əvvəl intihar etdiyini və bu hadisədən sonra tamamilə iflic olduğu məlum olub. Polis əməkdaşlarının əməliyyat-axtarış nəticəsində cinayətin üstü açılıb. Oğuzxanın sevgilsinin qardaşı tərəfindən işgəncə öldürüldüyü məlum olub. Polislər qətli törədən 27 yaşlı şəxsi saxlayıblar.

Onun barəsində qətimkan tədbirləri seçilib. Araşdırma davam edir.

Milli.Az


Etiketlər:  Bacısının sevgilisini öldürübcəsədini betonladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ