Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2021 08:14
Korrupsiyada ittiham edilən Fransanın sabiq Prezidenti Nikola Sarkozi həbsxanaya göndərilməyəcək.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Paris Məhkəməsi qərar qəbul edib.
Bildirilib ki, Sarkozi evdə elektron nəzarət altında olacaq. Sonrakı şərtlər hakim tərəfindən müəyyənləşdiriləcək.
Məhkəmədə Milli Maliyyə Prokurorluğu Sarkozinin 4 il həbs cəzasına məhkum edilməsini istəyib.
Sarkozi isə öz növbəsində heç vaxt qanunun aliliyi prinsiplərinə zidd hərəkətlər etmədiyini deyib.
Qeyd edək ki, hakim prosesi ölkə tarixinə düşəcək skandal adlandırıb.