Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2021 08:50
"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer İngiltərə Premyer Liqasının 26-cı turunda "Çelsi" ilə səfər matçından sonra (0:0) London klubunu tənqid edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, top ev sahiblərinin cərimə meydançasında olarkən, "Çelsi"nin hücumçusu Kallum Hudson-Odoinin əlinə dəyib. Baş hakim Stuart Atvell epizodun təkrarını şəxsən izləməyə gedib, lakin fikrindən dəyişməyib və penalti təyin etməyib.
Sulşer hakimin qərarı ilə razılaşmayıb və "Çelsi"nin saytında yayımlanan oyunöncəsi materiallarını da xatırladıb. Yazıda "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr "Çelsi" ilə matçda cəzalandırılmadığı kobud hərəkətlərinə yer verilib.
Sulşer baş verənlərlə bağlı "Sky Sports"a açıqlamasında deyib: "Penaltinin bizim xeyrimizə verilməməsinin səbəbini qətiyyən anlamıram. Epizoda təkrar baxdıqda topun rəqibin əli dəydiyini açıq şəkildə görə bilərsiniz. Bizdən iki xal oğurlandı. Bu barədə danışa bilmərəm, çünki Hudson-Odoi üçün pis olacaq. Mübahisə etmək istəmirəm, bu, xarici təzyiq olardı. "Çelsi" matçdan əvvəl Harri Maquayr və VAR haqqında yazmışdı. Bunları klubun saytında yerləşdirmək olduqca cəsarətlidir. Bu, hakimlərə təsir edir. Orada yazılanları oxuya bilərsiniz.Bu anlar mübahisəli olmasa da, lehimizə bir penalti haqqında çox danışıldı. Əlbəttə ki, "Çelsi" ilə son matçda penalti qazanmalı idik".