Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib

Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib

Tarix: 2 Mart 2021 18:33

Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin, "Almaniya-Azərbaycan" Mədəniyyət Evinin və Niderland Krallığında fəaliyyət göstərən "Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu"nun təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan videokonfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Lalə Məmmədlinin və "Almaniya-Azərbaycan" Mədəniyyət Evinin həmsədri Altay Rüstəmlinin moderatorluğu ilə aparılıb. Tədbirdə Xocalı soyqırımına həsr olunan informasiya çarxı nümayiş etdirilib.

Konfransda Milli Məclisinin üzvləri Elman Məmmədov, Naqif Həmzəyev və Tamam Cəfərova, publisist, yazıçı və müstəqil jurnalist Səriyyə Cəfərova, Vətən müharibəsi iştirakçısı Bahadur Muradov, hərbçi Emin Baxşəliyev və digərləri çıxış ediblər. Qeyd edilib ki, əlləri xalqımızın övladlarının qanına batmış erməni cəlladlarının cinayətlərinin pislənilməsi miqyası ildən-ilə genişlənir. Natiqlər soyqırımı günahkarlarının gec-tez mühakimə olunacağına ümid etdiklərini bildiriblər.

Tədbir Oman Sultanlığında yaşayan soydaşımız Vüsalə Yusifin pianoda bəstəkar Ceyhun Allahverdiyevin "Tac Mahal" baletindən "Vida adajiosu" musiqi parçasını ifa etməsi ilə yekunlaşıb.

Milli.Az


Etiketlər:  Almaniya Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ