Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2021 14:16
Pakistan-Rumıniya Dostluq Cəmiyyətinin prezidenti, Azərbaycan diasporunun fəal üzvü Şəhla İsayevanın təşəbbüsü ilə Pakistanın Lahor şəhərində keçirilən "Property Festival" çərçivəsində Xocalı soyqırımının 29-ci ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, festival iştirakçılarına və Azərbaycana məxsus guşə ilə yaxından tanış olmaq istəyən pakistanlılara xalqımızın qan yaddaşı olan Xocalı soyqırımı, ermənilərin zaman-zaman xalqımıza qarşı törədikləri vəhşiliklər haqqında geniş məlumat verilib. Qonaqlara Xocalı soyqırımına dair məlumatları əks etdirən çap materialları, üzərində "Xocalıya ədalət" ("Justice for Khojaly") yazısı olan köynəklər təqdim edilib.
Qeyd edək ki, 3 gün davam edən festivalda Azərbaycan guşəsində ölkəmizə və Türkiyəyə məxsus məhsullar, hədiyyələr və suvenirlər nümayiş etdirilib.