Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldu oğluna görə niyə narahatdır? - Həbib açıqladı

Ronaldu oğluna görə niyə narahatdır? - Həbib açıqladı

Tarix: 4 Mart 2021 12:58

UFC çempionu Həbib Nurmaqomedov "Yuventus"un hücumçusu Kriştianu Ronaldu ilə söhbətləri haqda danışıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, dağıstanlı döyüşçü Yutubdakı "Krasava" səhifəsinin canlı yayımında deyib:

"Kriştianu futbolçu oğlunun onu keçməsini istəyir. Amma o, bunun baş verməyəcəyinə görə narahatdır. Oğlunun yaşındaykən Ronaldu arzulayırmış ki, sadəcə, butsları olsun. Onun oğlunun isə hər şeyi var".

Ronaldu ondan narahatdır ki, oğlu qələbəyə ac olmayacaq: "Kriştianu bu misalı çəkəndə həm təəccübləndim, həm də fikri bəyəndim. Bir daha başa düşdüm ki, o, heç vaxt bir, iki, üç titulla kifayətlənməyəcək. Fikrimcə, Ronaldu ən azı iki-üç mövsüm də çoxlu qol vurmağa davam edəcək".


Etiketlər:  Ronaldu oğluna görə niyə narahatdır Həbib açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ