Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2021 17:16
Ali və orta məktəb müəllimləri distant təhsil zamanı aparılan qiymətləndirmə prosesində əziyyət çəkirlər. Çünki tələbə auditoriyada olmadığı və imtahan müəyyən məsafədən verildiyi üçün sui-istifadə hallarına yol verilir.
Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə müsahibəsində təhsil eksperti və millət vəkili Etibar Əliyev deyib.
O bildirib ki, belə halların qarşısını almaq üçün müəyyən tədbirlər görüləcək:
"UNEC-in rektoru Ədalət Muradov İctimai Şuranın iclasında qeyd etdi ki, yaxın vaxtlarda süni intellekt vasitəsi ilə bu sui-istifadə halları aradan qaldırılacaq. Yəni distant təhsilin təkamülü və oturuşması istiqamətində işlər görülməyə başlayıb. Ola bilsin ki, bununla bağlı qanunvericilik müəyyən qədər yubadılsın. Çünki biz məsələni müzakirə edərkən düşünürük ki, distant təhsil forması ilə bağlı bütün rasional anlayışları və qaydaları qanunda tətbiq edək. Bunun üçün müəyyən vaxt tələb olunur. O vaxta qədər isə qanunu gözləyə bilmərik. Buna görə həm təhsil alan, həm də təhsil verən özünün məsuliyyətini dərk etməlidir ki, bu sahədə boşluq yaranmasın".