Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Honor 9X” smartfonu rəsmən təqdim edilib

“Honor 9X” smartfonu rəsmən təqdim edilib

Tarix: 24 Iyul 2019 16:40

“Honor” brendinin sahibi olan “Huawei” şirkəti iki yeni smartfonunu (“Honor 9x” və “9x Pro”) təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, yeni modellər istiliyin yayılması üçün maye soyutma texnologiyasına malik 7 nanometrlik “Kirin 810” prosessoru ilə təchiz edilib. Bundan başqa, “LTE” şəbəkələri, “Wi-Fi” (802.11ac), “Bluetooth 5.0”, “GPS”, “USB-C” və qulaqlıqlar üçün 3,5 mm-lik audio çıxışla təchiz edilib. Kənar hissəsində barmaq izləri skaneri quraşdırılıb. Hər iki qurğuya “Android 9 Pie” sisteminə əsaslanan “EMUI 9.1.1” interfeysi quraşdırılıb.

 

“Honor 9X” smartfonu FULL HD təsvir ölçülü IPS matrisə malik 6,59 düymlük maye kristal ekran, 6 QB-dək əməli yaddaş və 128 QB daxili yaddaş, 4000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Korpusdan çıxan ön kameranın təsvir ölçüsü 16 mp-dir. 2 əsas kamera (f/1,8 aperturalı 48 mp-lik sensor və 2 mp-lik dərinlik sensoru) quraşdırılıb.

 

“Honor 9x Pro” smartfonu 8 QB-dək yaddaş, tutumu 256 QB-dək (UFS 2.1) fləş daşıyıcı və üç kamera (əsas 48 mp-lik, super geniş bucaqlı 8 mp-lik obyektiv və 2 mp-lik dərinlik effektlərinin yaradılması üçün sensor) ilə təchiz edilib. Digər xüsusiyyətlər əvvəlki modeldə olduğu kimidir.

 

Emil Hüseynov




Etiketlər:  Honor smartfonu rəsmən təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ