Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İbrahim Məmmədovdan ''SMS icazə'' mövzusuna REAKSİYA

İbrahim Məmmədovdan ''SMS icazə'' mövzusuna REAKSİYA

Tarix: 4 Mart 2021 21:58

Koronavirusun yayılmasının qarşısını almaq üçün Operativ Qərargahın bayram günləri üçün bəzi məhdudlaşdırıcı tədbirlər görəcəyi barədə sosial şəbəkələrdə iddialar səsləndirilir. Bildirilir ki, Novruz bayramında xüsusilə qonaq gedənlərin sayının çoxluğunu nəzərə alan qurum 15 martdan 28 marta qədər SMS-icazə sistemini bərpa edə bilər. Eyni zamanda, bayram günlərində rayonlara gediş-gəlişin qadağan edilməsinin də müzakirə edildiyi bildirilir.

Axar.az-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, bu məsələlərlə bağlı hələlik heç bir rəsmi qərar yoxdur.

DİN-nin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov da bayramlarla əlaqədar qeyri-iş günü hesab edilən tarixlərdə rayonlara gediş-gəlişin qadağan edilməsi barədə hansısa bir tapşırıq verilmədiyini vurğulayıb:

"Bununla bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. DİN icraedici qurumdur".


Etiketlər:  İbrahim Məmmədovdan icazə mövzusuna REAKSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ