Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2021 22:00
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı şəhid ailələrinə və qardaş xalqa başsağlığı verib.
Bu barədə nazir "Twitter" səhifəsində yazıb.
"Qardaş Türkiyənin Bingöl ərazisində hərbi helikopterin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi. Həlak olan doqquz şəhidin ailələrinə və yaxınlarına, Türkiyə xalqına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Başın sağ olsun, qardaş Türkiyə!", - deyə o, qeyd edib.