Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

A-Qroup-un sığorta mükafatı yenə də artdı

A-Qroup-un sığorta mükafatı yenə də artdı

Tarix: 24 Iyul 2019 17:06

Bakı. Trend:

24 il sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup 2019-un birinci yarım ili üçün nəticələri açıqlayıb.

Bu ilin altı ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 4 291 092,50 AZN təşkil edərək keçən ilin hesabat dövrü ilə müqayisədə 983 791,30 AZN çox olmuşdur və bu da müqayisədə 30 % artım deməkdir.

Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 3 280 237,64 AZN olmaqla Könüllü Tibbi Sığorta üzrə olub.

KASKO üzrə sığorta haqları 2 dəfədən artıq, əmlak üzrə isə 2,5 dəfə artıb və bu da şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir.

2019-un birinci yarım ili ərzində A-Qroup-un sığortalıları 4 112 955,82 AZN məbləğində ödəniş alıblar. Ödənişlərin böyük qismi könüllü tibbi sığortanın payına düşərək 3 998 997,55 AZN təşkil edib.

Ortalama olaraq A-Qroup 2019-cu ilin altı ay ərzində hər gün müştərilərinə 22 000 AZN məbləğində ödəniş həyata keçirib.

A-Qroup dünya standardlarına cavab verən, müştərilərinin qayğısına qalan və onlara yüksək ixtisaslı xidmətlə təmin edən şirkət olaraq qalmaqdadır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qroup sığorta mükafatı yenə artdı


RƏYLƏR