Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan iqtisadiyyatı bu il 2% artacaq - BVF

Azərbaycan iqtisadiyyatı bu il 2% artacaq - BVF

Tarix: 6 Mart 2021 08:24

Hazırda Azərbaycan iqtisadiyyatının builki artımını, oktyabrda proqnozlaşdırdığımız kimi, 2% səviyyəsində olacağını gözləyirik.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Natalya Tamirisa deyib.

O əlavə edib ki, Fond Azərbaycanda 2021-ci ildə inflyasiyanın 3,1% səviyyəsində olacağını proqnozlaşdırır.

Ölkə üzrə missiyanın rəhbəri onu da qeyd edib ki, cari il üzrə yenilənmiş proqnozlar aprel ayında BVF-nin "World Economic Outlook" adlı hesabatında açıqlanacaq.

Xatırladaq ki, "S&P Global Ratings" reytinq agentliyi bu il Azərbaycanda ÜDM-in 2,1%, Dünya Bankı - 1,9%, BMT - 2%, "Moody's Investors Service" isə 4% artacağını proqnozlaşdırır. 2020-ci ildə ölkədə ÜDM istehsalı 4,3% azalıb, inflyasiya isə 2,8% səviyyəsində olub.


Etiketlər:  Azərbaycan iqtisadiyyatı artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ