Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2021 15:57
44 günlük Vətən müharibəsinə həsr edilən filmlər "Netflix" və digər platformalarda yayımlanacaq.
Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə müsahibəsində Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib. O bildirib ki, Mədəniyyət naziri Anar Kərimov bununla əlaqədar bir sıra görüşlər keçirib:
"Mədəniyyət Nazirliyi ölkəmizdə kinoindustriya sahəsinin inkişafı üçün əlindən gələn səyi əsirgəmir və bu istiqamətdə beynəlxalq əməkdaşlıqları genişləndirir. Belə ki, Türkiyəyə səfər çərçivəsində bununla bağlı bir sıra önəmli görüşlər keçirilib. TRT kanalı bu işdə böyük təcrübəyə malik olduğu üçün Mədəniyyət naziri kanal rəhbərliyi ilə görüşüb. Eyni zamanda "Netflix"in rəhbərliyi ilə də görüşlər keçirilib. Ssenarisi 44 günlük Vətən müharibəsi mövzusuna aid filmləri türk mütəxəssislərlə birgə işləyəcəyik. Keyfiyyətli məhsul ortaya çıxaracağımıza inanırıq. Bu prosesdə artıq qərəzli mövqe tutan qurumlar olmayacaq".