Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

600 abonent qazsız qaldı - SƏBƏB

600 abonent qazsız qaldı - SƏBƏB

Tarix: 7 Mart 2021 13:46

Bu gün Bakı şəhəri və ətraf yaşayış massivlərində hava şəraiti güclü küləklə müşahidə olunur.

"Azəriqaz"dan Milli.Az-a verilən məlumata görə, Xəzər rayonu Binə qəsəbəsi Sovxoz ərazisi deyilən yerdə, "Qardaşlar" marketinin damı uçaraq diametri 159 mm olan orta təzyiqli qaz xəttinin üzərinə aşıb.

Müvəqqəti olaraq təbii hadisə səbəbindən 600 abonentin qaz təchizatında fasilə yaranıb.

"Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyi tezliklə fəsadların aradan qaldırılması və qaz təchizatının bərpa olunması barədə tapşırıqlar verib.

Milli.Az


Etiketlər:  600 abonent qazsız qaldı SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ