Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2021 19:20
FIFA "Qalatasaray"ın futbolçusu Kristian Luyindamanın Konqo Demokratik Respublikası millisinin heyətində zədələndiyinə görə kluba böyük məbləğdə ödəniş edəcək.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Qalatasaray" klubundan məlumat verilib.
"FIFA Luyindamanın zədələnməsinə görə klubumuza 736 193 avro ödəyəcək", - deyə klubdan bildirilib.
Məbləğ FIFA-nın "Questgates" sığorta şirkəti tərəfindən təmin olunacaq.
Xatırladaq ki, futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsində 18 noyabr 2019 Qambiya və Konqo Demokratik Respublikası arasında keçirilən qarşılaşma zamanı zədələnmişdi.