Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlon Mask bir günə 25 milyard dollar qazandı

İlon Mask bir günə 25 milyard dollar qazandı

Tarix: 10 Mart 2021 14:02

"SpaceX" və "Tesla" səhmlərinə sahib olan İlon Maskın sərvəti bir gündə rekord səviyyədə - 25 milyard dollar artaraq 174 milyard dollara çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat verib.

Maskın sərvətinin artması "Tesla" səhmlərinin sürətlə dəyərlənməsi ilə əlaqələndirilir. Belə ki, "Tesla" səhmlərinin qiyməti bir gündə 19,64 % bahalaşaraq 673,58 dollar olub.

Hazırda İlon Mask dünya milyarderləri arasında Ceff Bezosdan (180 milyard dollar) sonra ikinci yerdə qərarlaşıb.

Milli.Az


Etiketlər:  İlon Mask bir günə 25 milyard dollar qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ