Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uels yığmasının baş məşqçisi zorakılığa görə işindən qaldı

Uels yığmasının baş məşqçisi zorakılığa görə işindən qaldı

Tarix: 10 Mart 2021 18:32

Uels millisinin baş məşqçisi Rayan Giqqz işindən müvəqqəti kənarlaşdırılıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Uels Futbol Assosiasiyasının saytında yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 47 yaşlı R.Giqqzi Robert Peyc əvəz edəcək.

Xatırladaq ki, Mançester Yunayted"in əfsanəvi futbolçusu və Uels yığmasının baş məşqçisi Rayan Giqqz ötən ilin noyabr ayında sevgilisi Keyt Qevilə fiziki zorakılıq tətbiq etməkdə ittiham olunaraq saxlanılmışdı.  

Hüquq-mühafizə orqanları tərəfindən dindirilən R.Giqqz girov pul müqabilində istintaqın sonunadək sərbəst buraxılıb.


Etiketlər:  Uels yığmasının baş məşqçisi zorakılığa görə işindən qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ