Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hakerlər bir neçə ölkədə 150 min müşahidə kamerasına giriş əldə edib

Hakerlər bir neçə ölkədə 150 min müşahidə kamerasına giriş əldə edib

Tarix: 10 Mart 2021 21:58

Hakerlər bir neçə ölkədəki xəstəxanalarda, polis məntəqələrində və bəzi kompaniyalarda quraşdırılan 150 min video-müşahidə kamerasına giriş əldə ediblər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, hakerlərin fəaliyyəti "Verkada" kompaniyasının quraşdırdığı və internet vasitəsilə idarə olunan kameraları əhatə edib.

Kiberhücumların videomüşahidə sistemlərini çox asanlıqla "sındırmağın" mümkünlüyünü sübut etmək üçün beynəlxalq haker qrupu tərəfindən təşkil olunduğu bildirilir.

Hakerlər "Tesla" kompaniyasının Şanxaydakı zavod və anbarlarında quraşdırılan 222 videokameranın kadrlarını ələ keçirib, həmçinin "Cloudfare" proqram təminatı şirkətinin ABŞ və Böyük Britaniyadakı videokameralarına, həmçinin bir neçə xəstəxana, məktəb, həbsxana və polis məntəqələrindəki müşahidə kameralarına daxil olub.

İnsidentdən sonra "Verkada" kompaniyası müşahidə kameralarına icazəsiz girişin qarşısını almaq məqsədilə bütün daxili administrator hesablarının söndürüldüyünü, hadisə ilə bağlı təhqiqatın başlandığını bildirib.


Etiketlər:  Hakerlər neçə ölkədə müşahidə kamerasına giriş əldə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ