Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR küləklə bağlı işçiləri təxliyə edir, təhlükəsizlik gücləndirilir

SOCAR küləklə bağlı işçiləri təxliyə edir, təhlükəsizlik gücləndirilir

Tarix: 11 Mart 2021 12:58

11-13 mart tarixlərində hava şəraitinin dəyişəcəyinə, açıq dənizdə küləyin sürətinin arabir tufan həddinə çatacağına dair proqnozla əlaqədar SOCAR-ın dəniz mədənlərində yüksək dərəcəli təhlükəsizlik tədbirləri həyata keçirilib.

Şirkətdən Мilli.Az-а verilən məlumata görə, son dövrdə dəniz özül və konstruksiyalarının gücləndirilməsi nəticəsində infrastrukturun sabitliyi və dalğalara qarşı davamlılığı daha da artırılıb. Əvvəlcədən görülmüş tədbirlərlə yanaşı, işçilərin təhlükəsizliyini maksimum səviyyədə təmin etmək üçün bir sıra obyektlərdən əməkdaşların təxliyəsi həyata keçirilir.

Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilmişdir. Mümkün fövqəladə vəziyyətin qarşısını almaq üçün digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır.


Etiketlər:  SOCAR küləklə bağlı işçiləri təxliyə edir təhlükəsizlik gücləndirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ