Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barselona”nın yeni prezidentinin ilk “11”liyi

“Barselona”nın yeni prezidentinin ilk “11”liyi

Tarix: 12 Mart 2021 18:46

"Barselona"nın yeni seçilən prezidenti Joan Laporta komandanın əvvəlki əzəmətini özünə qaytarmaq üçün fəaliyyətə başlayıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bununla bağlı "Marca" qəzeti yazı dərc edib. Bildirilib ki, klub köklü dəyişikliklər etmək niyyətindədir. Bu mövsüm ÇL-dən erkən vidalaşan Kataloniya təmsilçisinin indi əsas hədəfi La Liqa çempionluğu və ölkə kubokudur.

Qeyd edilir ki, Joan Laporta yeni mövsümdə Lionel Messini komandada saxlamaq istəyir. Ümumiyyətlə, onun fikrindəki ilk 11-lik də bilinir:

Qapıçı: Mark-Andre ter Stegen

Müdafiəçilər: Serginyo Dest, Jerard Pike, Ronald Arauxo, Jordi Alba

Yarımmüdafiə: (ortada): Frenki de Jonq, Pedri, Corcinyo Veynaldum (bu yay "Liverpool"la müqaviləsi başa çatır. Azad agent kimi "Barselona"ya keçəcəyi gözlənilir)
(cinahlarda): Usman Dembele, Ansu Fati

Hücumçu: Lionel Messi

Laporta Messini saxlamaq üçün yaxşı təklif irəli sürəcək. Lionelin yaxın dostu Serxio Aqueronun Kataloniyaya mümkün transferi də Messinin "Barselona"da qalmasına təsir göstərə bilər. Əgər bu variant alınmasa, o zaman baş məşqçi Ronald Kumanın istəyi ilə klubun "Lion"la müqaviləsi yayda başa çatacaq Memfis Depayı heyətinə cəlb edəcəyi mümkündür.

Ehtiyat heyət kimi bu futbolçular düşünülür: Neto, Antuan Qrizmann, Serxio Busqets, Trinkan, Rikard Puç, İlayş Moriba, Miralem Pyaniç, Martin Breytueyt, Samuel Umtiti, Junior Firpo, Felipe Koutinyo, Minqesa və Serdji Roberto.

Ancaq "Barselona"nın bu yay pul qazanması üçün futbolçu satması lazımdır. Ona görə də ehtiyat siyahıdakı heç bir futbolçunun komandada qalacağı yüz faiz deyil.


Etiketlər:  Barselonanın yeni prezidentinin 11liyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ