Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ramos 40 yaşına qədər oynaya bilər''

''Ramos 40 yaşına qədər oynaya bilər''

Tarix: 13 Mart 2021 09:22

"Real"ın baş məşqçisi Zinəddin Zidan kapitan Serxio Ramos haqqında danışıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis 34 yaşlı müdafiəçi barədə deyib:

"Ramos xüsusi bir futbolçudur. İstəyi var, oynamağa davam etmək istəyir. Əlbətdə ki, hər il indiki kimi yaxşı hiss edirsə, 40 yaşına qədər oynaya bilər. Bunu bacaracağını hiss etməsi yaxşıdır, amma ilbəil necə olacağına baxacağıq. Futbolçu karyerasını nə vaxt bitirəcəyinə özü qərar verir. Bunun üçün xüsusi bir yaş yoxdur. Müqaviləsinin yenilənməsinə gəldikdə isə nə olacağını bilmirəm. Bir məşqçi kimi onun burada qalmasını istəyirəm. Çünki bizim üçün vacib bir oyunçudur. Qalmasını və oynamağa davam etməsini istəyirəm".

Qeyd edək ki, Ramosun mövsümün sonunda "Real"dan ayrılacağı gözlənilir.


Etiketlər:  Ramos yaşına qədər oynaya bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ