Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2021 21:54
Argentina hökuməti əlavə 3 milyon doza COVID-19 peyvəndinin alınması üçün Çinin "Sinopharm" şirkəti ilə razılaşma əldə etdiyini açıqlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, vaksinlərin Argentinaya göndərilməsinə martın ortalarında başlanılacaq. Argentina Prezidenti Alberto Fernandez Çindən alınacaq əlavə 3 milyon doza peyvəndin ölkədə vaksinasiya prosesinin sürətlənməsinə imkan yaradacağını bəyan edib.
Argentinanın Səhiyyə Nazirliyi fevralda kliniki sınaqlar nəticəsində "Sinopharm" şirkətinin COVID-19 virusu əleyhinə inaktiv peyvəndinin təhlükəsiz və effektiv olduğunu açıqladıqdan sonra onun təcili istifadəsinə icazə verib və həmin vaksinasiya planına salınıb. Vaksinasiya prosesi üçün "Sinopharm" peyvəndlərinin ilk partiyası Argentinaya fevralın sonunda çatdırılıb.
Qeyd edək ki, Argentinada COVID-19 virusuna indiyədək 2 milyon 185 mindən çox yoluxma, bu virus səbəbindən 53 min 578 ölüm qeydə alınıb.