Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveç hökuməti ''AstraZeneca'' vaksinlərinin təchizatının azalmasından narahatdır

İsveç hökuməti ''AstraZeneca'' vaksinlərinin təchizatının azalmasından narahatdır

Tarix: 14 Mart 2021 20:32

İsveç hökuməti "AstraZeneca" şirkətinin hazırladığı vaksin dozalarının təchizatının azalmasından narahatdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, əvvəlki proqnozlarla müqayisədə İsveç 2021-ci ilin birinci yarısında "AstraZeneca" preparatını 3,3 milyon doza az alacaq. Bu baxımdan, Sosial İşlər Naziri Lena Hallengren və İctimai Səhiyyə Agentliyinin əməkdaşı dövlət epidemioloqu Anders Tegnell vətəndaşların vaksinasiyasının cari qrafikinin vaxtında yerinə yetirilməsi imkanlarına şübhə etdiklərini söyləyiblər.

Cümə axşamı "AstraZeneca" şirkətinin Avropa İttifaqına veriləcək vaksinlərin sayını bu ilkin ikinci rübündə iki dəfə azaldacağını bəyan etməsi gözlənilən gecikmələrə səbəb olub. Problem, şirkətin böyük istehsal sahələrinin yerləşdiyi ABŞ, Böyük Britaniya və Hindistandan vaksinlərin ixracına qadağaların tətbiq edilməsidir.


Etiketlər:  İsveç hökuməti AstraZeneca vaksinlərinin təchizatının azalmasından narahatdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ