Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaricdə istirahət neçəyə başa gəlir? - VİDEO

Xaricdə istirahət neçəyə başa gəlir? - VİDEO

Tarix: 15 Mart 2021 12:58

Türkiyə höküməti bu ölkəyə turist kimi səfər edənlərlə bağlı yeni qaydalar müəyyən edib. Yeni qaydalara əsasən turistlər mütləq Türkiyənin rəsmi veb saytından qeydiyyatdan keçməlidir. Bu arada 9 günlük bayram tətili Türkiyə və Dubay turlarına marağı artırıb. Turizm üzrə ekspertlər bu turların qiymətlərini açıqlayıb. Gəlin baxaq görək, Türkiyədə və Dubayda istirahət etmək neçəyə başa gəlir?

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, sabahdan etibarən Türkiyəyə səfər edən turistlərə əvvəllər verilən kağız anket yerinə elektron anket təqdim ediləcək. Turizm üzrə ekspert Murad Əhədov bildirir ki, turistlər uçuşdan 72 saat əvvəl Türkiyə hökumətinin veb saytındakı xüsusi səhifədə elektron anketi doldurmalıdırlar. Yeni qaydaların tətbiqi turisti koronoviruslu şəxslərdən qorumağa imkan verəcək.

Ekspert bildirir ki, 9 günlük novruz bayramı tətili xaricə istirahətə getmək istəyənlərin sayını artırıb. Yerli turistlər tətili fürsət bilib Türkiyəyə, Dubaya, Misirə, Gürcüstana və digər ölkələrə səfər planlayırlar.

Ekspert Murad Əhədovun sözlərinə görə, pandemiya dövründə ilk dəfədir ki, birbaşa uçuş olan ölkələrə səfərlərin sayı artır. Turistlər əsasən Türkiyənin İstanbul  şəhərində 4-5 günlük turlara üstünlük verirlər. Qiymətlər seçimdən asılı olaraq dəyişir.

Dubaya birbaşa reyslərin bərpası da bura olan turlara marağı xeyli artırıb.

Bu arada  AZAL COVID-19 pandemiyası səbəbindən ləğv edilən reyslərin aviabiletlərinin yenidən təxsis edilməsi şərtlərini açıqlayıb. Bildirilir ki,"Azərbaycan Hava Yolları" və "Buta Airəays" aviaşirkətlərinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlərə həmin biletləri aviadaşıyıcıların hazırda yerinə yetirilən xüsusi reyslərinə yenidən təxsis etməyə icazə verilir.


Etiketlər:  Xaricdə istirahət neçəyə başa gəlir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ