Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan 10 min canlı qüvvə ilə hərəkətə keçdi: tanklar, dronlar ... - Polkovnik AÇIQLADI

Azərbaycan 10 min canlı qüvvə ilə hərəkətə keçdi: tanklar, dronlar ...  - Polkovnik AÇIQLADI

Tarix: 15 Mart 2021 13:30

"Bu gündən etibarən Azərbaycan Ordusu əməliyyat-taktiki təlimlərinə başlayıb. Bu təlimlərdə 10 min nəfərə qədər şəxsi heyətin 100-ə qədər tank və zirehli texnikanın, 200-ə qədər müxtəlif çaplı raket və artilleriya qurğularının, 30-a qədər hərbi aviasiya vasitələrinin cəlb olunması nəzərdə tutulub".

Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, işğaldan azad etdiyimiz ərazilərdə antiterror əməliyyatlarının keçirilməsinə ehtiyac var:

"Bu təlimləri digər təlimlərdən fərqləndirən əsas məsələlərdən biri də odur ki, məhz təlimlərə cəlb olunan şəxsi heyət əvvəlki dövrlərdən fərqli olaraq döyüş təcrübəsi keçmiş, uğur qazanmış əsgər və zabitlərdən ibarətdir. Buna qədər Azərbaycan əsgər və zabitləri sadəcə döyüş nizamnamələrinə istinad edirdisə, artıq onlar öz şəxsi təcrübələrinə istinad etmiş olacaqlar. Nəzərə alsaq ki, işğaldan azad etdiyimiz bölgələrdə daha çox antiterror əməliyyatlarının həyata keçirilməsi işğaldan sonrakı mərhələ üçün ehtiyacdır. Buna əsasən Azərbaycan Silahlı Qüvvələri dağlıq, meşə və çətin relyefli ərazilərdə keçirəcək təlimlərdə Vətən Müharibəsində qazanılmış döyüş təcrübəsi üzrə əsas diqqət olaraq qoşunların idarə olunması, döyüşə hazır olma vəziyyətinə gətirilməsi, yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, raket və artilleriya qoşunları aviasiya və xüsusi təyinatlı qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi istiqamətində işlər görəcəkdir. Azərbaycan Silahlı Qüvvələrinin döyüş sahəsində qazandığı uğuru təlimlərdə daha da təkmilləşdirməsi gələcəkdə ordumuzun regionda sözünü deyəcək ordulardan biri olmasına şərait yaradır".

R.İmamquliyev deyib ki, bu gün ermənilərin hər hansı bir təlim keçməsi bizim üçün heç bir təhlükə törətmir:

"Bu günlərdə Ermənistanda hərbi təlimlərə başlanılması heç bir məna əks etdirmir. Çünki artıq Ermənistan ordusu və onun varlığından söhbət gedə bilməz. Əgər ehtiyac olarsa, onların yenidən ordu ola bilməsi uzun illər alacaq. Ən azı 10 ilə qədər müddətə ehtiyacları var ki, onlar yenidən ordu ola bilsinlər. Təbii ki, onlar elan etmiş ola bilərlər, informasiya müharibəsindən irəli gələrək bunlar yenidən təlimlər keçirmiş kimi məlumatlar yaymış ola bilərlər. Amma nəzərə alaq ki, bu döyüşlərin gedişi göstərdi ki, onların ordu quruculuğundan daha çox terrorist qruplaşma yönündəki fəaliyyətləri ön plandadır. Bu fəaliyyətləri də 44 günlük müharibədə darmadağın edilmiş oldu. Ona görə də bu gün onların hər hansı bir təlim keçməsi bizim üçün heç bir təhlükə törətmir. Azərbaycan Silahlı Qüvvələri tam əksinə, ehtimal etdiyi təhlükələr üzərində antiterror əməliyyatları vasitəsilə öz qabiliyyətlərini daha da təkmilləşdirəcək və regionda sözünü deyən ordulardan biri halına gələcək".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan canlı qüvvə ilə hərəkətə keçdi tanklar dronlar Polkovnik AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ