Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 16:15
Əməkdar artist Sənubər İsgəndərli "Kinomən" proqramının qonağı olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktrisa sevgidən, sənətdən bəhs edib. O, aparıcının "Yəqin minlərlə tərif eşitmisiz, nə vaxt inanmamağa başladınız? Nə vaxtdan göydəki ulduzları yerə endir kişilərə inanmırsız?" sualına belə cavab verib:
"O sözlərin hər zaman arxası boş olub. Həyat təcrübəsidir. Kişi söz yox, əməlində bilinər. Diqqəti, sevgini əməldə göstərməlidir. Boş-boş danışmaqla yox. Mənim həyatımda belədir".
S.İsgəndərli Azərbaycan filminin hazırki durumundan, Hollivud sevgisindən danışıb:
"İlk növbədə savadlı kadr lazımdır. İşıqçı, fəhlə belə kinonu sevən, can yandıran, başıçıxan olmalıdır. Rejissor filmi yuxuda görüb çəkməlidir. Onda biz nəyəsə qadir ola bilərik. Biz itirmişik nəsilik. 1980-ci illərin sonu gəldik sənətə, 1990-cı ildən kinostudiya üzüstə qaldı. Xaricdə gedib oxuyanlar burada heç nə edə bilmədi. Balaca dirçəlirdik ki, yaşlandıq. Gənc kadrlar isə yetişmədi. 15-20 il itdi getdi. "Şərikli çörəyi", "Bir Cənub şəhəri"ni də biz çəkmişik. Necə sonra bunlar olmadı? İndi bir az hərəkət var. Yəqin ki, 20 ilə Hollivudun qırmızı xalçasında bizdən kimsə olar".