Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 12:52
Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri bəlli olub.
Təhsil Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, nəticələrə əsasən, 589 şagird fənn olimpiadalarının final mərhələsində iştirak hüququ qazanıb.
Finalda iştirak edəcək şagirdlərin 272 nəfəri Bakının, 317 nəfəri isə bölgələrin payına düşür.
Şagirdlərin 200 nəfəri qız, 389 nəfəri isə oğlandır.