Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yarım bakal pivə də testdə sürücünü sərxoş kimi göstərə bilər - VİDEO

Yarım bakal pivə də testdə sürücünü sərxoş kimi göstərə bilər - VİDEO

Tarix: 16 Mart 2021 13:40

Sükan arxasında içkili vəziyyətdə olan sürücülərlə yol polisi arasında bir çox hallarda mübahisələr yaranır. Bunun əsas səbəbi bəzi sürücülərin sərxoşluğu müəyyən etmə prosesi haqda məlumatsızlığı olur. Elə kiçik sorğumuz da onu göstərir ki, sürücülərin bir çoxu sərxoşluğun dərəcəsini təyin edən alkotesterin istifadə qaydasını və promilin səviyyəsini bilmir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Alkoqol Sərxoşluğunu Təyin Etmə Məntəqəsinin həkim-narkoloqu Rumziyə Maçanova deyir ki, sərxoşluğu müayinə edilən hər bir sürücü alkotesterin göstəricilərinə baxmalıdır. Yəni bir bakal pivə belə testdə sürücünü sərxoş kimi göstərə bilər. Bu, onun içdiyi spirtin dozasından asılıdır.

Bəzi hallarda isə sürücülər yol polisi ilə mübahisə edirlər ki, onlar spirtli içkini axşam qəbul ediblər. Amma yol polisi sürücüdən spirtli içki iyi gəldiyini deyərək onu cərimələyir. Bəs axşam spirtli içki qəbul edən sürücü səhər saatlarında sərxoş ola bilərmi?

Qeyd edək ki, sürücülərin sərxoşluğu yoxlanmazdan əvvəl onlar polisdən alkotesterin yararlılıq sertifikatını tələb etməlidirlər. Daha sonra isə bütün alkotesterlər istifadədən əvvəl sıfırlanmalı və başlıqları dəyişdirilməlidir.

Milli.Az


Etiketlər:  Yarım bakal pivə testdə sürücünü sərxoş kimi göstərə bilər VİDEO


RƏYLƏR