Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2019 22:52
"Yaxşı, mobil komandaya qarşı oynadıq. Analiz etmişdik və bilirdik ki, fiziki, atletik, həm də komanda şəklində hazırlıqlı komandadır. Bunu meydanda da göstərdilər ki, hazırda optimal formaddaırlar. Əbəs yerə Gürcüstan çempionatında lider deyil".
Qol.az xəbər verir ki, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsində Tbilisi "Dinamo"su ilə ev oyunundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin məşqçisi Sənan Qurbanov deyib. Qarşılaşma ilə bağlı fikirlərini bildirən mütəxəssis 0:2 hesablı məğlubiyəti şərh edib:
"Komandamız haqda onu deyə bilərəm ki, İvitsa ilk matçına çıxırdı, Davit zədəli idi, bəzi legionerlər yenidirlər. Yaratdığımz bütün qol imkanları uzun ötürmələrdən sonra gerçəkləşdi. Hücum planında rəqibin arxasına ötürmələrlə yaxşı nəticə qazanmaq fikrimiz var idi. Belə ötürmələr əksər hallarda alınırdı. Amma son zərbələr çərçivəyə getmirdi. Hazırda Ülvi İsgəndərov yaxşı formadadır. Ukrayna klubları ilə yoxlama matçlarında da yaxşı oynayıb, qol vurdu. İlk avrokubok matçına çıxdığı üçün ola bilər ki, bir az həyəcanlı idi. O, güvəndiyimiz futbolçudur və qarşıdakı bir ildə komandaya xeyir verəcək".
Həşimov evdəki məğlubiyyətə baxmayaraq, səfərə qələbə dalınca gedəcəklərini söyləyib: "Rəqibi daha yaxşı tanıdıq. Üstün və zəif cəhətlərini bildik. “Dinamo” burda 2:0 hesabı ilə qələbə qazandı. Səfərə qalib gəlməyə gedəcəyik. Komandamızda gənc futbolçular var, akademiyadan yeni oyunçular götürmüşük, legionerlər gec qoşulublar. Deyə bilərəm ki, yeni mövsümdə çempionatda daha yaxşı səviyyəli, daha optimal “Qəbələ” görəcəyik”.