Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Ermənistanın müharibədə itkilərinin sayını açıqladı

Paşinyan Ermənistanın müharibədə itkilərinin sayını açıqladı

Tarix: 20 Mart 2021 20:20

Bu günə olan məlumata əsasən İkinci Qarabağ müharibəsində Ermənistan tərəfində 3 250 nəfərin həlak olması rəsmən təsdiq edilib.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Nor Yedesiya icmasının sakinləri ilə görüşündə bildirib.

"Ermənistan tərəfində bugünkü günə olan məlumata görə, 3 250 nəfər rəsmən təsdiq edilmiş itki var. Bu gün 189 valideyn DNT nümunələri verib və cavab gözləyir. Bəli, itkin düşənlərin kifayət qədər böyük siyahısı var, amma bu siyahını dəqiqləşdirmək lazımdır", - Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi müharibədə onsuz da çox itki verib, ancaq qurbanların sayını siyasi spekulyasiya məqsədilə dörd dəfə artırmaq lazım deyil.

"Əgər yeni şərait müəyyən olunmasa, müharibə qurbanlarımızın sayının 4 000 nəfəri ötəcəyi o qədər də ağlasığan deyil", - baş nazir əlavə edib.

Milli.Az


Etiketlər:  Paşinyan Ermənistanın müharibədə itkilərinin sayını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ